Diviziona gələn əyalət klubu 3 əcnəbiyə QAPINI GÖSTƏRDİ

3 Avqust 21:20 I Divizion 900
Diviziona gələn əyalət klubu 3 əcnəbiyə QAPINI GÖSTƏRDİ

Yeni mövsüm Birinci Divizionda iştirak edəcək “İmişli" hazırlığı doğma rayonda davam etdirir.

Düzdü, büdcənin hələ də ayrılmaması səbəbindən davam edən qeyri-müəyyənlik transferlərlə bağlı geciməyə səbəb olur.

Amma baş məşqçi Ruhid Usubov indiki şərtlər altında belə, ancaq gözləmə mövqeyində qalmağı doğru hesab etmir.

Belə ki, gənc mütəxəssis yoxlanışa Bakı və bölgələrdən bir neçə futbolçu dəvət edib.

Hətta onların arasında üç legioner də olub. Yerlilərlə bağlı son söz hələ deyilməyib.

Amma Usubov biri Nigeriya, ikisi Kamerun vətəndaşı olan əcnəbilərlə bağlı yekun qərarın verib.

Bir müddət məşqlərdə iştirak edən afrikalıların durumu məşqçini qismən qane edib. Ancaq onların yüksək maaş tələb etməsi yekunda legionerlərin yola salınması ilə nəticələnib.

XANOĞLAN / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 02:00 Azərbaycan Türkiyə ilə...