Bu mövsümdən I Liqada mübarizə aparan «Səbail»də yeni dönəmə hazırlıq başlayıb.
Klubdan əldə etdiyimiz məlumata görə, sponsorluq niyyəti ilə qapını döyən var.
«Dənizçilər»i himayəsinə götürmək istəyən şəxsin adı açıqlanmasa da, kifayət qədər tanınmış biri olduğu bildirilir. O. Bayıl təmsilçisinin maliyyə imkanlarını yaxşıladırmaq, ümumiyyətlə, iddialı duruma gətirmək fikrindədir.
Redaksiyamıza verilən informasiyada qeyd olunub ki, danışıqlar sürətlə davam edir və yaxın vaxtlarda bütün məsələlərə tamamilə aydınlıq gələcək.
«Səbail» 2016-cı ilin yayında yaradılıb. Həmin il I Liqada debüt edən komanda çnmpionluq qazanıb və Premyer Liqaya buraxılıb.
2019-cu ildə isə ən böyük yüksəliş qeydə alınıb. Aftandil Hacıyevlə çempionatın bürünc medallarına yiyələnən «dənizçilər» Avropa Liqasında mübarizə aparıb.
2025-ci ilin yayında elitayla vidalaşan «dənizçilər»in bu mövsüm ora qayıtması inandırıcı görünmür. 20 tura 37 xal toplayan kollektiv turnir cədvəlinin üçüncü pilləsində «lövbər salıb».
SPORTİNFO.AZ

