"Kəpəz"də qərar verildi, TARİX AÇIQLANDI

15 İyun 2022 23:00 I Divizion 1 709
"Kəpəz"də qərar verildi, TARİX AÇIQLANDI

Növbəti mövsüm Premyer Liqada çıxış edəcək "Kəpəz"də susqunluq davam edir.

Təbii ki, rəsmi müstəvidə.

Bir çox futbolçularla danışıqlar aparan və hətta bəziləri ilə razılıq əldən edən bölgə klubu rəsmi təqdimat üçün tələsmir.

Komandaya kimlərin gələcəyi hələ də tam dəqiqləşməsə də, baş məçqçi Yaşar Vahabzadə hazırlığa başlayacağı tarixi artıq elan edib.

O, bu ayın 20-si komandanın Gəncədə toplaşacağına qərar verib. Artıq bununla bağlı razılıq əldə olunan yeni futbolçulara və komandada saxlanacaq köhnələrə məlumat verilib.

Hazırlığın ilk mərhələsi Gəncədə baş tutacaq. İkinci mərhələdə toplanış üçün Bakıya gəlmək və ya ölkə xaricinə getmək variantı isə hələ dəqiqləşməyib.

Yığılıb qalan digər suallara da məhz 20-sindən sonda aydınlıq gələcəyi gözlənilir.

XANOĞLAN / SPORTİNFO.AZ

Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var