“Klubumuz yenidən bərpa olunub, hədəflərimiz böyükdür”

1 İyun 2022 16:20 I Divizion 1 093
“Klubumuz yenidən bərpa olunub, hədəflərimiz böyükdür”

“Araz Naxçıvan”ın İdarə Heyətinin üzvü Tahir Əliyev klubun 55 illik yubileyi münasibətilə təşkil olunan festivaldan öncə keçirilən mətbuat konfransında sualları cavablandırıb.

Sportinfo.az onun fikirlərini diqqətinizə çatdırır:

- Komandanın bərpası üçün atılan ilk addımlarıdı. “Araz Naxçıvan” 55 il bundan qabaq yaranıb. Üç dəfə Azərbaycan çempionatında gücümüzü sınamışıq. 7-8 il əvvəl çempionatdan kənar qaldıq. İndi “Araz Naxçıvan” yenidən bərpa olunub və inanıram ki, çempionatımızda öz sözümüzü deyəcəyik. Qurulan komandanın arxa cəbhəsi var. Bu, sturkturdu. “Araz Naxçıvan”ın elə strukturu qurulur ki, həm təşkilati, həm baza, həm meydançalar baxımından... Bundan sonra da davam edəcək. Biz özümüzü gediləsi uzun yolda hiss edəcəyik. Qısa yol olmayacaq. Hədəflərimiz böyükdü. Bu il I Divizionu düşünürüksə, sonra Premyer Liqanı düşünürük. Bizim üçün şərait yaradılıb.

- SSRİ dönəmində “Araz Naxçıvan”ın rəngi mavi olub. İndi niyə ağ-qırmızıdır?

- Əslində, ağ-qırmızı yox, qırmızıdı. Müəllifi də mənəm. Məşhur kosmonavt Aleksey Leonov, açıq kosmosa çıxan ilk insandı. Onun kitabı var, orada yazır ki, yer kürəsini yuxarıdan qırmızı rəngdə gördüm. Yerə enəndən sonra bir çox ölkələri gəzib, həmin rəngi axtardım. Leonov 70-cillərin sonunda Naxçıvanda olub. Deyib ki, ilk dəfə həmin rəngi Naxçıvan dağlarında görmüşəm. Elə mən də Naxçıvan dağlarının şərəfinə o rəngin götürülməsini təkfli etmişəm, razılıq alınıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"