Əyalət klubu martda müqaviləsini pozduğu qapıçını geri qaytardı

17:20 I Divizion 953
Əyalət klubu martda müqaviləsini pozduğu qapıçını geri qaytardı

“Mingəçevir” martın 17-də müqaviləsinə qarşılıqlı razılıq əsasında xitam verdiyi Orxan Sadıqlını geri qaytarıb.

Qapıçı artıq düşərgəyə dönüb və məşqləri bərpa edib.

2025-ci ilin yayından bu tərəfə komandanın formasını geyinən kiperin birdən-birə buradan göndərilməsinin səbəbi var idi - «işıqçılar» məcburiyyət üzündən belə bir addım atmışdı.

Belə ki, 33 yaşlı «əlcək sahibi» müqaviləsi pozulan gün hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. O, günorta saatlarında Mingəçevir şəhər stadionundan aparılıb.

«Xəzər Lənkəran»ın yetirməsi şəxsi müstəvidə yaşadığı problem üzündən bu vəziyyətlə üzləşib.

Sadıqlının I Liqanın 18-ci turunda «Səbail»ə qarşı matçda yol verdiyi səhvi də yaddan çıxarmamalıyıq.

O, Mingəçevirdə keçirilən matçın 45-ci dəqiqəsində yaşına və təcrübəsinə yaraşmayan kobud səhvə yol verərək, komandasının 0:1 hesablı məğlubiyyətinə səbəbkar olub.

Kapitan sarğısı daşıyan qapçının şübhə doğuran bu xətası Premyer Liqanı hədəfləyən «işıqçılar»ın iddiasına zərbə vurub, onu turnir cədvəlində dördüncü pilləyə endirib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti