I Divizionda ən çox maaş alan futbolçu kimdir?

24 Dekabr 2021 15:00 I Divizion 1 460
I Divizionda ən çox maaş alan futbolçu kimdir?

I Divizionda çıxış edən komandaların ən ödənişli futbolçusunun kimliyi müəyyənləşib.

Bu, “Kəpəz”in formasını geyinən Cavid İmamverdiyevdir.

Cari sezondan etibarən Gəncə təmsilçisinin formasını geyinən yarımmüdafiəçinin aylıq məvacibi 1800 manatdır.

Millinin sabiq üzvü Premyer Liqadan təflif almadığı üçün bu təklifi qəbul edib. Halbiki o, 2 il öncəyə görə 1800 manatı 1 gündə qazanırdı.

Deyir, adamın özünə elədiyini fələk də edə bilməz. Cavid vaxtilə istedadlı futbolçulardan sayılırdı, hamı ondan danışırdı və gözləntilər böyük idi.

“Neftçi”də yetişən, bir çox idiialı klubun formasını geyinən, Türkiyədə legione həyatı yaşayan 31 yaşlı oyunçu nə qazanmışdısa, hamısını əlindən çıxardı.

İdmançı rejiminə məhəl qoymamaqla. Gecə həyatına aludə olmaqla.

Əlbəttə, gedən bir də qayıtmır. Yəqin ki, biz 1-2 ildən sonra cavidin səsini Region Liqasından eşıdəcəyik.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti