"Bundan sonra kimlərin burada qalacağı dəqiqləşəcək" - İcraçı direktor

16 İyun 2021 19:00 I Divizion 657
"Bundan sonra kimlərin burada qalacağı dəqiqləşəcək" - İcraçı direktor

"Respublika üzrə Tovuz Akademiyasında seçimlər elədik. 17 yaşa qədər olan uşaqlar gəlmişdi.

Bizdə yaş qrupları 17 yaşa kimidir. Seçimlərə çox uşaq qatılmışdı. Təxmini 40-50 arası uşaq seçimlərdə bəyənildi.

İyul ayından seçilən uşaqlar üçün növbəti seçim turu olacaq. Məhz bundan sonra kimlərin akademiyada qalacağı dəqiqləşəcək".

Bu sözləri Sportinfo.az-a açıqlamasında Tovuz Akademiyasında baş tutan seçimlər haqqında danışan "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev deyib.

Klub rəsmisi seçimlərdə gözlədiklərindən daha böyük maraqlar qarşılaşdıqlarını bildirib: "Uşaqların sayı gözlədiyimizdən artıq oldu. Sumqayıtdan, Lənkərandan, hətta Bakının özündən gələnlər vardı.

Şəkidən, Ağsudan, Naftalandan, Mingəçevirdən daha çox uşaq gəlmişdi. Başqa rayonlardan az da olsa, gələnlər vardı. Amma daha çox say olaraq dediyim rayonlar üstünlük təşkil edirdi".

Veteran hücumçu pandemiya səbəbindən uşaqların məşqlərdən, oyunlardan məhrum olmalarının açıq-aşkar hiss olunduğunu etiraf edib:

"Uşaqların məşqsiz qalmaları, oyun keçirməmələri hiss olunurdu. Amma istənilən halda topla rəftarından istedadlı uşaqları seçmək mümkündür".

Digər Xəbərlər
Xəbər Lenti