Divizionda baş məşqçi hakimə etiraz etdi, "qırmızı" aldı, söydü

20 Aprel 2021 14:00 I Divizion 1 351
Divizionda baş məşqçi hakimə etiraz etdi, "qırmızı" aldı, söydü

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, iclasda Premyer Liqanın 23-cü turunun “Keşlə” – “Sabah” oyununda meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

I Divizionun 13-cü turunun “Keşlə-2” – “Sabah-2” oyunu bitdikdən sonra qonaq komandanın baş məşqçisi İlqar Mənsimov hakimə etiraz etdiyinə, birbaşa qırmızı vərəqə aldığına və daha sonra dəhlizə daxil olarkən hakimi təhqir etdiyinə görə 5 oyun cəzalanıb, klub 400 manat cərimələnib.

Digər Xəbərlər
Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?