"Zirə" legionerini yola saldı - qarşılıqlı razılıq əsasında

17 Sentyabr 2020 16:20 Zirə 956
"Zirə" legionerini yola saldı - qarşılıqlı razılıq əsasında

“Zirə” George Antonla yollarını ayırıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun "feysbuk" səhifəsi məlumat yayıb.

Bildirilir ki, moldovalı futbolçu ilə qarşılıqlı razılıq əsasında müqaviləyə xitam verilib. “Zirə” yarımmüdafiəçiyə göstərdiyi xidmətlərə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzulayıb.

27 yaşlı futbolçu ötən mövsümün qış fasiləsində "qartallar"a keçmişdi. O, daha öncə ölkəsində "Zimbru" və "Şerif"də oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
29 Avqust 17:30 Çək və bizə göndər!
29 Avqust 14:00 Sındırmaq belə olur!