"Zirə"yə şayıtdı, Premyer Liqada rekorda imza atdı

6 Avqust 2024 02:10 Zirə 841
"Zirə"yə şayıtdı, Premyer Liqada rekorda imza atdı

Premyer Liqanın 2024/25 mövsümünün ilk het-triki qeydə alınıb.

Sportinfo.az xəbər verir ki, bu, I turun “Zirə” – “Səbail” oyununda (4:1) gerçəkləşib.

Davit Volkov birinci hissədə üç qol vurub.

Gürcüstanlı hücumçu bununla da Azərbaycan çempionatları tarixinə düşüb. O, ən çox het-trik edən legioner adına yiyələnib.

“Zirə”də ikinci dəfə belə uğura imza atan Volkov “Sabah”ın heyətində də bir het-trik müəllifi olub.

Üç het-trikə imza atan ilk legioner kimi tarixə düşən gürcüstanlı hərəyə iki dəfə fərqlənən Əhməd Ticani, Junivan Suares, Anatoli Doroş, Bahodir Nasimov və Reynaldo Silvanı arxada qoyub.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!