"Sabah"ın cavanları "Barselona"dan 7 qol buraxdı

17:20 Sabah 56
"Sabah"ın cavanları "Barselona"dan 7 qol buraxdı

"Sabah"ın 19 yaşadək futbolçulardan ibarət komandası UEFA Gənclər Liqasında 5-ci tur oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisi Ьфыфяжкda "Barselona" ilə üz-üzə gəlib.

"Bank Respublika Arena"da keçirilən görüş İspaniya təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 0:7.

Adino Mustedanaqiçin baş məşqçisi olduğu "Sabah" U-19 əvvəlki 4 matçın hamısında məğlub olmuşdu. Komanda hazırda turnir cədvəlində 36-cı pillədə qərarlaşır.

"Sabah" U-19 (Azərbaycan) - "Barselona" U-19 (İspaniya) 0:7

Qollar: Rodriqez, 62, Qistau, 65, 75, Mixal, 82, Buil, 83, Tavares, 89, Fofana, 90+1

Qırmızı vərəqə: Bakare, 33 ("Sabah")

Digər Xəbərlər
Xəbər Lenti