AFFA-nın qərarı klubları çıxılmaz vəziyyətə salıb.
Söhbət 13-cü legionerə görə tələb olunan 100 min manatdan gedir.
Məsələn, "Zirə" yay fasiləsində transfer etdiyi qapıçı Maykon Kleyton qısa müddət sonra ağır zədə aldı. Onun da yaxın zamanda geri dönməsi real deyil.
Belədə klub adıçəkilən oyunçunu yeni mövsüm üçün sifariş verməyə tərəddüd edir.
Kleyton ən yaxşı halda mövsümün ikinci yarısını komandaya kömək edə bilər.
6 ay üçün 100 min manatdan keçməyə isə dəymir.
Təsəvvür edin kifayət qədər böyük məbləğdə rüsum ödəyirsən, maaş verirsən, amma xidmətində istifadə edə bilmirsən.
Belədə rəsmilər düşünür ki, qapıçı yeni mövsüm üçün sifariş olunmasın.
Düzdü, yenə maaş və digər xərclər qalacaq. Lakin ən azı rüsumdan azad olmuş olacaqlar.
XANOĞLAN/ SPORTİNFO.AZ
