“Zirə” 3 legionerə xəbər göndərdi: “Tez fikrinizi deyin, vaxt yoxdur”

5 Avqust 2021 10:40 Zirə 1 447
“Zirə” 3 legionerə xəbər göndərdi: “Tez fikrinizi deyin, vaxt yoxdur”

Son günlər transfer çalışmalarını sürətləndirən “Zirə” daha 3 legioneri Azərbaycana dəvət edib.

Premyer Liqada yeni mövsümün startına az qalmasını nəzərə alan “qartallar” onları həftəsonunadək gözləyəcək.

Ola bilsin, danışıqlar daha tez bitsin. Əcnəbi futbolçular maliyyə şərtləri ilə razılaşsalar, hər biri ilə 2 illik müqavilə imzalanacaq.

Qəsəbə təmsilçisi son olaraq şimali makedoniyalı Georgi Stoilovla kontrakt bağlayıb. 26 yaşlı yarımmüdafiəçi yeni komandası ilə 2+1 illik saziş imzalayıb.

Onun son klubu “Akademiya Pandev” olub. Daha əvvəl ölkəsində “Horizont Turnovo”nun formasını geyinmiş Stoilov 2019-cu ildə Şimali Makedoniya yığmasının heyətində AVRO-2020-nin seçmə mərhələsində Polşaya (0:2) qarşı 2 dəqiqə meydanda olub.

“Zirə” ona qədər Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Anar Nəzirov, Velvis Damakena və Məhəmməd Hamduini heyətinə cəlb edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti