“Zirə”nin varlığı “Neftçi”ni narahat edir

26 Fevral 2021 21:20 Zirə 577
“Zirə”nin varlığı “Neftçi”ni narahat edir

Premyer Liqada mövsümün ən uzun qələbə seriyası qırılıb.

Sportinfo.az xəbər verir ki, ardıcıl 5 oyunda qalib gələn “Neftçi” “Zirə” ilə səfər matçından xalsız ayrılıb – 0:1.

XVII turun görüşünədək bakılılar son xal itkisini də məhz eyni rəqiblə görüşdə yaşamışdı. XI turun ev görüşündə qolsuz sülh qeydə alınmışdı.

Ardınca “Neftçi” “Sabah” (2:0), “Keşlə” (2:1), “Səbail” (3:1), “Qarabağ” (2:1) və “Qəbələ”ni (1:0) məğlub edib.

İikinci ən uzun qələbə seriyası “Qarabağ”a məxsusdur. Ağdamlılar iki dəfə üç qələbədən ibarət seriyaya imza atıb.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"