Türkiyə klubu millimizin oyunçusunu baxışa çağırdı

5 Dekabr 2020 19:40 Voleybol 1 114
Türkiyə klubu millimizin oyunçusunu baxışa çağırdı

Azərbaycan millisinin voleybolçusu Olena Həsənova karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, ölkəmizin ən yaxşı blokçularından hesab olunun 25 yaşlı oyunçu “Türk Hava Yolları”nın heyətinə cəlb edilib.

O, İstanbul təmsilçisinin heyətində məşqlərə başlayıb. Son klubu “Volero Le Kann” olan Olena Türkiyə təmsilçisində baxışdadır. Həsənova özünü yaxşı tərəfdən göstərsə, Sultanlar Liqası təmsilçisi ilə müqavilə imzalayacaq.

19 turdan sonra 41 xala malik “Türk Hava Yolları” 3-cü pillədə qərarlaşıb. İstanbul təmsilçisi iki oyun az keçirən “Vakıfbank” və “Fənərbaxça”dan geri qalır.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!