Yığmamızın AVRO-2021-in seçmə mərhələ oyunları təxirə salındı

5 Dekabr 2020 13:40 Voleybol 766
Yığmamızın AVRO-2021-in seçmə mərhələ oyunları təxirə salındı

Kişi voleybolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsindəki oyunları təxirə salınıb.

Sportinfo.az xəbər verir ki, buna koronavirus pandemiyasının bütün dünyada, o cümlədən Avropada geniş yayılması səbəb olub.

Seçmə mərhələnin F qrupunda Monteneqro, Gürcüstan və Yunanıstanla qarşılaşmalı olan yığmamızın matçları 2021-ci ilin yanvarına planlaşdırılmışdı.

Komandalar ayın 7-9-da Gürcüstanda I dövrənin, 15-17-də Monteneqroda II dövrənin qarşılaşmalarını keçirməli idi.

Lakin Avropa Voleybol Konfederasiyası (CEV) turniri 4 ay sonraya keçirib. 2 dövrənin qarşılaşmaları mayın 2-dən 16-dək olan müddəti əhatə etməlidir.

Seçmə mərhələnin 7 qrupunun qalibi və ikinci yer sahiblərindən 5 ən yaxşı nəticəyə malik yığma final mərhələsinə vəsiqə qazanacaq.

Yarışın ev sahibləri Polşa, Estoniya, Finlandiya və Çexiya həlledici raunda birbaşa yüksəlib. Serbiya, Sloveniya, Fransa, Rusiya, İtaliya, Ukrayna, Almaniya və Belçika isə AVRO-2019-un nəticələrinə əsasən seçmə oyunlarından azaddır.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!