"Neftçi"nin virusa yoluxan futbolçusu: "Sizdən xahişim odur ki..."

5 Dekabr 2020 13:00 Voleybol 1 542
"Neftçi"nin virusa yoluxan futbolçusu: "Sizdən xahişim odur ki..."

"Salam, "Neftçi" azarkeşləri. Bildiyiniz kimi, COVID-19 testim müsbət çıxdı və dərhal özümü təcrid etdim".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin və "Neftçi"nin futbolçusu Mert Çelik klubun feysbuk səhifəsinə açıqlamasında deyib.

Koronavirusa yoluxmuş türkiyəli müdafiəçi hazırkı vəziyyətindən danışıb. 20 yaşlı oyunçu insanları evdə qalmağa çağırıb:

"Hazırda vəziyyətim yaxşıdır. Hər gün daha da yaxşı oluram. Sizdən xahişim odur ki, ehtiyac olmadıqca bayıra çıxmayaq, evimizdə qalaq.

Çölə çıxanda maskamızı taxaq və sosial məsafəni qoruyaq. Bu çətin günlər keçəcək. İnanıram ki, yenidən görüşəcəyik. Həmin vaxtadək evdə qalın, sağlam qalın".

"Neftçi"də baş məşqçi Samir Abasov, onun köməkçiləri Qədir Həsənov, Vəfadar Quliyev, qapıçı Kamran İbrahimov, müdafiəçilər Anton Krivotsyuk, Mərt Çelik, Mamadu Mboc və Voyislav Stankoviç, yarımmüdafiəçilər Fəhmin Muradbəyli və Sabir Buqrində virus aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada