Üç azərbaycanlıya vəzifə verildi - FOTO

29 Noyabr 2020 16:20 Voleybol 592
Üç azərbaycanlıya vəzifə verildi - FOTO

Üç azərbaycanlı mütəxəssis Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinin dünən keçirilmiş ilk iclasından sonra komissiya üzvü seçilib.

Sportinfo.az xəbər verir ki, CEV İdarə Heyətinin üzvü, Cəlil Cəfərovun da iştirak etdiyi iclasda 2020-2024-cü illərdə fəaliyyət göstərəcək komissiyaların tərkibi müəyyənləşib.

AVF-nin 3 namizədi – Regional İnkişaf Mərkəzinin direktoru Nərgiz İsmayılova Avrokuboklar Komissiyasına, AVF-nin həkimi Vüsalə Kazımova Avropa Tibb Komissiyasına, AVF-nin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Mixail Frişman Avropa İdman Təşkilatı Komissiyasına üzv seçilib.

Oktyabrın 16-da Avstriyanın paytaxtı Vyanada baş tutan 41-ci Baş Assambleyada AVF-nin baş katibi Cəlil Cəfərov CEV İdarə Heyətinə üzv seçilib.

Xüsusilə C.Cəfərovun həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürən, lakin uduzan estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gəlməsi ölkəmizin beynəlxalq qurumdakı nüfuzunun sayəsində reallaşıb.

Cəlil Cəfərovun CEV İdarə Heyətinə üzv seçilməsi voleybol tariximizə ilk kimi düşüb.

COVID-19 səbəbindən ölkəmizdə karantin elan edildiyindən, idman yarışları və məşqlər keçirilmir. Amma AVF-nin prezidenti Cavid Qurbanovun tapşırığı ilə ölkəmizdə voleybolun daha da inkişaf etməsi, xüsusilə Qarabağda kütləviləşməsi istiqamətində işlərə tezliklə start veriləcək.

Xüsusi layihələrlə doğma idman növümüz ölkəmizdə daha da populyarlaşacaq və həmişəki kimi meydanda əsas hədəfimiz qələbə olacaq.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı