Millimizin hücumçusu Türkiyə klubuma keçdi - FOTO

6 Noyabr 2020 20:00 Voleybol 901
Millimizin hücumçusu Türkiyə klubuma keçdi - FOTO

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova özünə yeni komanda tapıb.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu karyerasını Türkiyədə davam etdirəcək

O, 1-ci liqa təmsilçisi “Adam” ilə danışıqları müsbət yekunlaşdırıb. İndiyədək Rusiya, Fransa və Tunisdə legioner həyatı yaşayan Qurbanova yeni klubu ilə 1 mövsümlük müqavilə imzalayıb.

Ölkəsinin 1-ci liqasının B qrupunda mübarizə aparan “Adam” 4 turda 2 oyun keçirib. Hər iki görüşdə 3:0 hesabı ilə qalib gələn komanda 6 xalla 11 klub arasında 3-cü pillədə qərarlaşıb. Onları 4 oyun keçirən “Bolu Bələdiyyəsi”ndən 4 xal ayırır.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada