Azərbaycanlı funksioner ikinci cəhddə İdarə Heyətinə üzv seçildi

4 Noyabr 2020 23:00 Voleybol 574
Azərbaycanlı funksioner ikinci cəhddə İdarə Heyətinə üzv seçildi

Azərbaycan Voleybol Federasiyasının baş katibi Cəlil Cəfərov Avropa Voleybol Konfederasiyasının (CEV) İdarə Heyətinə üzv seçilib.

Sportinfo.az xəbər verir ki, щnun burada təmsil olunması Avstriyanın paytaxtı Vyanada keçirilən 41-ci Baş Assambleya çərçivəsində baş tutan prezident seçkilərindən sonra rəsmiləşib.

İdarə Heyətində 19 nəfər yer alıb. Onların 4-ü ikinci dəfə qurumun prezidenti seçilən serbiyalı Aleksandr Boriçiç tərəfindən müəyyənləşib. Digər üzvlər isə səsvermə ilə bu hüquqa sahib olublar.

21 nəfərin namizədliyi olan səsvermədə Cəlil Cəfərov ikinci mərhələdə İdarə Heyətində yer almaq şansı qazanıb. Belə ki, ilkin mərhələdə 23 səs toplayan Cəfərov “13-lük” yer ala bilməyib.

8 namizədin iştirak etdiyi ikinci mərhələdə 25 səs toplayan AVF-nin baş katibi İdarə Heyətinə üzv seçilib. C.Cəfərov həlledici mərhələdə CEV prezidentliyinə namizədliyini irəli sürmüş estoniyalı Hanno Pevkura 12 səs fərqi ilə qalib gələrək ilk dəfə (CEV) İdarə Heyətində üzvlüyünü rəsmiləşdirib.

1.Aleksandar Borichich (SRB) – CEV President
Eric Adler (DEN)
Renato Arena (ITA)
Zdeslav Barac (CRO)
Geert De Dobbeleer (BEL)
Michel Everaert (NED)
Margaret Ann Fleming (SCO)
Lubomir Ganev (BUL)
Lubor Halanda (SVK)
René Hecht (GER)
Jalil Jafarov (AZE)
Emma Labrador (GIB)
Gernot Leitner (AUT)
Lennart Neovius (SWE)
Miroslaw Przedpelski (POL)
Metod Ropret (SLO)
Stanislav Shevchenko (RUS)
Eric Tanguy (FRA)
Gudmundur Helgi Thorsteinsson (ISL)

Xəbər Lenti