Azərbaycan millisi - Dünyanın 26-cısı

29 Oktyabr 2020 17:52 Voleybol 805
Azərbaycan millisi - Dünyanın 26-cısı

Beynəlxalq Voleybol Federasiyası (FİVB) milli komandaların reytinq siyahısını açıqlayıb.

Sportinfo.az xəbər verir ki, qadın və kişilərdən ibarət Azərbaycan milli komandalarının da mövqeyi bəlli olub.

127 xala malik xanım voleybolçularımız dünyanın 26-cı komandasıdır. Cədvələ Çin başçılıq edir – 391 xal. ABŞ 382 xalla ikinci, Braziliya 328 xalla üçüncüdür.

Kişilərdən ibarət millimiz 101 xala malikdir. Komandamız planetin 57-cisidir. İlk üç pillədə Braziliya (427), Polşa (384) və ABŞ (365) yığmaları qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada