FOTO - Millinin keçmiş hücumçusu İsveçrə klubunda

15 Oktyabr 2020 16:00 Voleybol 776
FOTO - Millinin keçmiş hücumçusu İsveçrə klubunda

Azərbaycan yığmasının voleybolçusu Natalya Məmmədova karyerasını İsveçrədə davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 35 yaşlı hücumçu 3 illik fasilədən sonra yenidən “Volero”nun formasını geyinəcək.

O, 2005-2006, 2007-2008 və 2014-2017-ci illər mövsümündə də “Volero”nun şərəfini qoruyub. Klub hücumçu sarıdan problemlə üzləşdiyindən yığmamızın sabiq üzvü ilə anlaşıb.

Məmmədova son mövsümdə İndoneziyada, həmyerlimiz Ziya Rəcəbovun baş məşqçisi olduğu “Cakarta” klubunda çıxış edirdi.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!