"Müqavilənin pozulması klubun və özünün razılığı ilə olub"

14 Oktyabr 2020 12:02 Voleybol 1 056
"Müqavilənin pozulması klubun və özünün razılığı ilə olub"

Xəbər verdiyimiz kimi, voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin sabiq hücumçusu Katerina Jidkova AEK-dən kənarlaşdırılıb.

Sportinfo.az xəbər verir ki, onun Ermənistan - Azərbaycan münasibətlərinə görə Yunanıstan klubundan kənarlaşdırılması iddia olunur.

Oyunçunun AEK-də olmasının ermənilər tərəfindən problem kimi qəbul edilməsi ehtimalı nəzərə alınaraq bu addımın atıldığı deyilir.

Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinin rəhbəri Şəfəq Kərimova bildirib ki, deyilənlər reallığı əks etdirmir:

"Onun AEK-dən kənarlaşdırılmasında heç bir siyasi amil yoxdur. Bu, həm klubun, həm də özünün razılığı əsasında olub. Özü də deyib ki, klubdan ayrılmasını heç kim siyasətlə əlaqələndirməsin".

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada