"Müharibənin klubdan getməyimlə bağlılığından söhbət gedə bilməz”

13 Oktyabr 2020 20:00 Voleybol 1 105
"Müharibənin klubdan getməyimlə bağlılığından söhbət gedə bilməz”

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova Yunanıstanın AEK klubundan ayrılmasına aydınlıq gətirib.

Sportinfo.az xəbər verir ki, 31 yaşlı hücumçu apasport.az-a açıqlamasında müqaviləyə qarşılıqlı razılıq əsasında xitam veriləcəyini deyib.

Jidkovanın sözlərinə görə, AEL-dən ayrılmasında hansısa hadisələr rol oynamayıb: “Müqaviləni pozub, komandadan ayrılıram. Biz anlaşmaya qarşılıqlı razılıq əsasında xitam veririk.

Azərbaycanda baş verən hadisələrin buna təsir yoxdur. Dağlıq Qarabağdakı müharibənin komandadan getməyimlə bağlılığından söhbət gedə bilməz”.

Jidkova AEK-lə ötən ay bir mövsümlük müqavilə imzalamışdı.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!