Millimizin sabiq baş məşqçisi dünyasın dəyişib

8 Oktyabr 2020 14:36 Voleybol 877
Millimizin sabiq baş məşqçisi dünyasın dəyişib

Azərbaycan voleyboluna itki üz verib.

Sportinfo.az xəbər verir ki, kişilərdən ibarət milli komandamızın sabiq baş məşqçisi Sahib Əliyev 77 yaşında dünyasını dəyişib. O, uzun sürən xəstəlikdən vəfat edib.

Sahib Əliyev müxtəlif illərdə iki dəfə yığmanın baş məşqçisi vəzifəsini yerinə yetirib. Əsas komandamız onun rəhbərliyi altında AÇ-2009 və DÇ-2014-in təsnifat mərhələlərində çıxış edib.

“Azərneft”lə Azərbaycan çempionatının mükafatına yiyələnmiş mütəxəssis Bakı təmsilçisi ilə 2008-2009 və 2011 mövsümlərində avrokuboklarda da mübarizə aparıb. Allah rəhmət eləsin!

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!