"Bayrağımızı asmağımıza icazə verməsələr də, ölkəm üçün oynayacam!"

3 Oktyabr 2020 14:36 Voleybol 877
"Bayrağımızı asmağımıza icazə verməsələr də, ölkəm üçün oynayacam!"

Azərbaycan yığmasının sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" səhifəsində son vaxtlar cəbhədə baş verən hadisələrlə bağlı Milli Ordumuza dəstək verib.

Sportinfo.az xəbər verir ki, dövlət himnindən sitat paylaşan 30 yaşlı hücumçu bugünkü matçda meydana Vətən üçün çıxacağını bildirib.

Braziliyanın "Sesi" klubunun formasını geyinən Rəhimova xalqımıza tezliklə sülh arzuladığını qeyd edib: "Namusunu hifz etməyə, Bayrağını yüksəltməyə...

Şanlı Vətən!!! Azerbaycan!!! Bu gün mənim üçün karantindən və uzun fasilədən sonra ilk oyundur.

Matç zamanı bayrağımızı asmağımıza icazə verməsələr də, bu gün qəhrəmanlarımız kimi ölkəm üçün oynayacağam! Azərbaycan, mən səninləyəm! Bu gün hamımız birlikdə olmalıyıq! Hamıya tezliklə sülh arzulayıram. Mən müharibənin əleyhinəyəm"!.

Digər Xəbərlər
Xəbər Lenti