Azərbaycan yığmasının hücumçusu Yunanıstan klubunda

12 Sentyabr 2020 12:02 Voleybol 1 083
Azərbaycan yığmasının hücumçusu Yunanıstan klubunda

Qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq voleybolçusu Yekaterina Jidkovanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 2019-cu ilin sonlarında Türkiyə təmsilçisi “Nilüfer Belediyespor”la vidalaşan 30 yaşlı hücumçu karyerasını Yunanıstanda davam etdirəcək.

Jidkova AEK ilə anlaşıb. Voleybolçu yaxın günlərdə komandasının düşərgəsinə qatılaraq mövsümün hazırlıqlarında iştirak edəcək. Ötən mövsüm aşağı liqanın çempionu olan AEK yenidən qayıtdığı yüksək dəstədə ilk oyununu oktyabrın 10-da keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada