Azərbaycan millisinin hücumçusu Macarıstan klubunda

9 Sentyabr 2020 23:40 Voleybol 1 534
Azərbaycan millisinin hücumçusu Macarıstan klubunda

Qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Anastasiya Bessonovanın yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 21 yaşlı gənc hücumçu karyerasını Macarıstanda davam etdirəcək.

Anastasiya “Bekeşçaba” ilə müqavilə imzalayıb. O, yeni komandası ilə bir mövsümlük anlaşıb. Bessonova 2020/21 mövsümündə Macarıstan təmsilçisinin şərəfini qoruyacaq.

Voleybolçumuz iki ay öncə “Azərreyl”lə müqavilə imzalamışdı. Lakin avrokuboklarda oynamaqdan imtina edən Bakı klubu əksər oyunçuları ilə yollarını ayırmaq məcburiyyətində qalıb. Təmsilçimizlə anlaşmasını qarşılıqlı razılaşma ilə pozduqdan sonra Anastasiya Macarıstan variantına üstünlük verib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!