Məşhur Türkiyə brendi Azərbaycanda idman sahəsinin sponsoru oldu

4 Sentyabr 2020 20:40 Voleybol 2 554
Məşhur Türkiyə brendi Azərbaycanda idman sahəsinin sponsoru oldu

Azərbaycan Voleybol Federasiyası (AVF) Acibadem Klinikalar Şəbəkəsi ilə müqaviləni yeniləyib.

Sportinfo.az xəbər verir ki, Türkiyənin məşhur qrupu daha 1 il AVF-nin sağlamlıq sponsoru olacaq.

Müqaviləyə əsasən, Acibadem Klinikalar Şəbəkəsi Azərbaycan milli komandalarının oyunçularının və məşqçilər korpusunun müalicəsini öz üzərinə götürüb. Həmçinin, AVF-nın işçilərinin və "Azərreyl" klubunun da sağlamlığı Klinikalar Şəbəkəsinə həvalə edilib.

AVF "Acıbadəm"ə Azərbaycan voleyboluna göstərdiyi tibbi dəstəyə görə dərin minnətdarlığını bildirib. Qurum birgə işbirliyinin növbəti uğurlarda xüsusi payı olacağına inamını ifadə edib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada