Azərbaycanda bütün klubların maliyyəsi kəsildi – SON DƏQİQƏ!

21 Avqust 2020 10:52 Voleybol 2 000
Azərbaycanda bütün klubların maliyyəsi kəsildi – SON DƏQİQƏ!

Voleybol üzrə qadınlar arasında Super Liqa və kişilər arasında Yüksək Liqada yeni mövsümun startı sual altına düşüb.

Sportinfo.az-n məlumatına görə, bu, Azərbaycan Voleybol Federasiyasının (AVF) düşdüyü vəziyyətlə əlaqədardr.

Belə ki, tərəfdaşları quruma büdcə ayırmaqdan imtina edib. Artıq bir müddətdir ki, federasiyada çalışanların özü maaş üzünə həsrətdir. İstər qadınların, istər kişilərin çempionatında mübarizə aparan komandalar AVF tərəfindən maliyyələşdirilir.

Yarıış iştirakçıları federasiyadan onlara nə vaxt vəsait ayrılacağı ilə maraqlanıb, gəl ki, «pul olsa, sizə xəbər verəcəyik» sözündən başqa heç nə eşitməyib.

«Azərreyl»in Çelenc Kubokunda iştirakdan son anda imtinası təsadüfi deyil. Düzdür, «dəmiryolçular» yarışdan çəkilməyi koronavirus pandemiyası ilə bağlayıb, amma bu, sadəcə, bağlantıdır.

Əslində isə «Azərreyl» pulsuzluqdan əziyyət çəkir. Belə olmasaydı, paytaxt təmsilçisi yaxınlarda müqavilə imzaladığı bütün legionerləri təcili surətdəı yola salmazdı.

Hazırda isə bütün klublar eyni vəziyyətdədir. Federasiya sponsorlarla danışıqları davam etdirsə də, onlardan konkret cavab ala bilmir.

Bir sözlə, durğunluğun hələ bir müddət davam edəcəyi dəqiqdir. Bu isə gələn sezonun sentyabrın sonu, oktyabrın əvvəlindən tez başlamaması deməkdir.

Ola bilsin, qeyri-müəyyənlik ilin axırınadək sürsün. Ümumiyyətlə, 2020/2021-ci il mövsümünün ləğvi məsələsi də müzakirə olunur.

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!