Çempion oldular

24 Aprel 2024 02:40 Voleybol 1 563
Çempion oldular

Qadın voleybolçulardan ibarət Azərbaycan çempionatının qalibi müəyyənləşib.

Sportinfoaz xəbər verir ki, Bakı İdman Sarayında baş tutan final matçında “Azərreyl” və “Abşeron” kollektivləri üz-üzə gəlib.

Qarşılıqlı hücumlar şəraitində keçən matçda ilk set 25:13 hesabı ilə “Azərreyl”in xeyrinə başa çatıb. “Abşeron” ikinci seti 25:15 öndə tamamlayıb.

Sonra ardıcıl iki setdə 25:21 üstün olan “Azərreyl” rəqibini 3:1 hesabı ilə məğlub edərək Azərbaycan çempionu olub.

Dünən kişi voleybolçular arasında çempionatın final qarşılaşmasında “Azərreyl” kollektivi “Murov Az Terminal”a 3:2 hesabı ilə qalib gəlib.

Digər Xəbərlər
Xəbər Lenti
26 Dekabr 18:10 Çək və bizə göndər!
26 Dekabr 08:40 Bu da 7 qol! - VİDEO
26 Dekabr 02:30 Bu siyahıda onlar da var
26 Dekabr 01:10 İsayevin halı necədir?