Azərbaycan çempionu oldu

17 Avqust 2020 02:40 Voleybol 881
Azərbaycan çempionu oldu

Qadın voleybolçulardan ibarət komandaların mübarizə apardığı Azərbaycan Yüksək Liqasında cari mövsümün final oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, həlledici matçda “Azərreyl” “Abşeron”la üz-üzə gəlib.

Bakı İdman Sarayındakı qarşılaşma “Azərreyl”in 3:1 (25:13, 15:25, 25:21, 25:21) hesablı qələbəsi ilə yekunlaşıb.

Bununla da “Azərreyl” 2023/2024-cü illər mövsümünün qızıl medallarına sahib çıxıb.

“Azərreyl”in kişilərdən ibarət komandası finalda “Murov Az Terminal”ı (3:2) məğlub edərək ölkə çempionu olmağı bacarıb.

Qadınların Yüksək Liqasında bürünc medalları “Gəncə”yə 3:0 hesabı ilə qalib gələn “Murov Az Terminal” əldə edib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!