Millimizin hücumçusu müqaviləni uzatdı - Braziliya klubu ilə

8 Avqust 2020 18:34 Voleybol 727
Millimizin hücumçusu müqaviləni uzatdı - Braziliya klubu ilə

Qadınlardan ibarət Azərbaycan millissinin sabiq voleybolçusu Polina Rəhimovanın gələcək karyerasına aydınlıq gəlib.

Sportinfo.az xəbər verir ki, 2019/20 mövsümündə Braziliyanın “Sesi” klubunda çıxış edən təcrübəli hücumçu komandasını dəyişməməyə qərar verib.

Polina Cənubi Amerika təmsilçisi ilə müqaviləsini uzadıb. O, növbəti mövsümdə də Bauru klubunun uğurları üçün çalışacaq. 2020/21 mövsümündə də “Sesi Bauru”da oynayacaq Rəhimova ötən çempionatda bu komandanın liderlərindən birinə çevrilib.

O, Superliqanın son mövsümünün ən məhsuldar oyunçusu olub. Voleybolçumuz 428 xal (orta hesabla hər setə 5,28) toplayaraq bütün rəqiblərini arxada qoyub. Bu xalların 45-i topu oyuna daxiletmədən qazanılıb.

Azərbaycan millisində karyerasını başa vuran Polina ötən mövsüm Superliqanın rəmzi komandasında da yer alıb.

Digər Xəbərlər
Xəbər Lenti