Azərbaycan klubunun rəqibləri bu tarixdə bilinəcək

30 İyul 2020 15:46 Voleybol 1 096
Azərbaycan klubunun rəqibləri bu tarixdə bilinəcək

Voleybol üzrə avrokubokların 2020/21 mövsümünün püşkatmasının tarixi bəlli olub.

Sportinfo.az xəbər verir ki, tədbir avqustun 21-də baş tutacaq. Püşkatma Avropa Voleybol Konfederasiyasının (CEV) Lüksemburqdakı mənzil-qərargahında keçiriləcək.

Mərasimdə kişi və qadınlar arasında Çempionlar Liqası, CEV kuboku və Çelenc kubokunun püşkü atılacaq.

Azərbaycan avrokuboklarda bir komanda ilə təmsil olunacaq. Qadınlardan ibarət “Azərreyl” Çelenc kubokunda mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada