Millimizin erməniyə ərə getmiş sabiq üzvü baş məşqçi təyin olundu

14 İyul 2020 14:08 Voleybol 1 165
Millimizin erməniyə ərə getmiş sabiq üzvü baş məşqçi təyin olundu

Azərbaycanın qadınlardan ibarət voleybol millisinin sabiq hücumçusu İnessa Korkmaz Türkiyədə baş məşqçi işləyəcək.

Sportinfo.az xəbər verir ki, o, Türkiyənin I divizionunda mübarizə aparan “Böyükçəkməcə”ya baş məşqçi və həmin klubda aşağı yaş qrupları üzrə koordinator təyin olunub.

48 yaşlı İnessa Korkmaz Rusiya millisi ilə üçqat Avropa çempionu, olimpiya və dünya mükafatçısıdır. SSRİ və Rusiya millilərində çıxış etdikdən sonra Azərbaycan vətəndaşı pasportu alıb. O, 2004-2009-cu illərdə Azərbaycan yığmasında çıxış edib.

1998-ci ilədək Yemelyanova familiyası ilə çıxış edən İnessa daha sonra erməniyə ərə gedib. Belə ki, o, 1998-2002-ci illərdə Sarqsyan familiyasını götürüb. Daha sonra ikinci dəfə türklə evlənib və Korkmaz soyadı ilə çıxış etməyə başlayıb.

İnessa Korkmaz 2001-2004-cü illərdə “Azərreyl” klubunda çıxış edib. Rusiya, Türkiyə, İtaliya klublarında oynamış İnessa karyerasını bitirdikdən sonra məşqçiliyə başlayıb.

O, qardaş ölkədə “Yeşilyurt” və “Nilüfer Bələdiyyəspor”u, Rusiyada “Proton” və “Uraloçka” klublarında məşqçi işləyib. Son iki il ərzində “Ataköy”ün Akademiyasına başçılıq edib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı