4 aydan sonra Azərbaycana qayıtdı: “Bundan gözəl hiss ola bilməz”

11 İyul 2020 10:24 Voleybol 1 181
4 aydan sonra Azərbaycana qayıtdı: “Bundan gözəl hiss ola bilməz”

Qadın voleybolçulardan ibarət “Cakarta” klubu ilə İndoneziya çempionu olan baş məşqçi Ziya Rəcəbov Azərbaycana qayıdıb.

Sportinfo.az xəbər verir ki, gənc mütəxəssisin özü bu barədə feysbuk səhifəsində paylaşım edib.

Cakartadan Türkiyənin İstanbul şəhərinə gəlib, 2 gün orda qaldıqdan sonra Bakıya dönən Rəcəbov paytaxtdan birbaşa doğulduğu Ağsu rayonuna yollanıb.

Rəcəbov mart ayından koronovirus pandemiyasına görə Azərbaycana qayıda bilmirdi. O bildirib ki, həddən artıq sevinclidir: “Bundan gözəl hiss ola bilməz”.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!