Bakı klub amerikalı hücumçunu transfer etdi - FOTO

6 İyul 2020 14:36 Voleybol 638
Bakı klub amerikalı hücumçunu transfer etdi - FOTO

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, avrokubokda oynayacaq yeganə Azərbaycan təmsilçisi bu dəfə amerikalı hücumçu Naya Krittendeni rənglərinə bağlayıb.

25 yaşlı 186 sm boya malik oyunçu ilə 1 mövsümlük müqavilə imzalanıb. Son ili İsveçrənin “Franş-Montan” klubunda oynayan Krittenden Azərbaycana gələnədək daha 2 ölkədə legioner həyatı yaşayıb.

O, 2016-2017 mövsümündə İtaliyanın “Kazerta”, növbəti ildə isə Macarıstanın “Budapeşt” klublarının şərəfini qoruyub. Voleybolçu ölkəsində isə Oreqon, İllinois və Giqantes de Karolina universitetlərinin komandalarında çıxış edib.

Krittenden “Azərreyl”in yeni mövsüm üçün 11-ci oyunçusu olub. Komanda ondan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Tovuz Ələkbərova, Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib.

Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"