Tovuz daha 1 il Bakı klubuna lazım oldu - FOTO

1 İyul 2020 14:36 Voleybol 1 012
Tovuz daha 1 il Bakı klubuna lazım oldu - FOTO

Qadın voleybolçulardan ibarət “Azərreyl” klubu yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, avrokubokda oynayacaq yeganə təmsilçimiz bu dəfə Tovuz Ələkbərova ilə anlaşıb.

Komanda öz yetirməsi ilə müqaviləni uzadıb. 17 yaşlı libero daha bir il “dəmiryolçular”ın uğurları üçün çalışacaq. Ələkbərova “Azərreyl”in yeni mövsüm üçün 10-cu oyunçusu olub.

Komanda ondan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova, millimizin üzvləri Kseniya Pavlenko və Valeriya Kondratyeva ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Kazmier Braun, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!