Azərbaycan yığmasının oyunlarının KİŞİ və QADIN vaxtı

30 İyun 2020 16:28 Voleybol 606
Azərbaycan yığmasının oyunlarının KİŞİ və QADIN vaxtı

2021-ci ildə keçiriləcək kişilər və qadınlar arasında voleybol üzrə Avropa çempionatlarının koronavirus pandemiyası üzündən təxirə salınan seçmə oyunlarının tarixi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Avropa Voleybol Konfederasiyası (CEV) seçmə mərhələnin turnirləri üçün ilkin vaxtları açıqlayıb.

Öncədən bu ilin avqust və sentyabr aylarına planlaşdırılan qarşılaşmalar 2021-ci ilin əvvəlində keçiriləcək. Qadınlardan ibarət Azərbaycan millisi birbaşa final mərhələsinə qatılacaq.

Seçmə oyunlarında isə yalnız kişi voleybolçularımız mübarizə aparacaq. Yığmamız F qrupunda Gürcüstan, Monteneqro və Yunanıstanla üz-üzə gələcək.

Bu qrupda 1-ci turnir, yəni I dövrə yanvarın 7-10-da Gürcüstanda təşkil olunacaq. Bir həftə sonra – ayın 14-17-də komandalar mübarizəni Monteneqroda davam etdirəcək.

Seçmə mərhələ əvvəlki illərdə ev-səfər prinspi ilə keçirilirdi.

Digər Xəbərlər
Xəbər Lenti