Milliləşdirilmiş legioner Bakı klubunda - FOTO

29 İyun 2020 16:42 Voleybol 856
Milliləşdirilmiş legioner Bakı klubunda - FOTO

Qadın voleybolçulardan ibarət “Azərreyl” daha bir oyunçu ilə danışıqları müsbət yekunlaşdırıb.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi toppaylayıcısı Valeriya Kondratyeva ilə müqaviləni rəsmən yeniləyib.

20 yaşlı milliləşdirilmiş legioner daha bir mövsüm “Azərreyl”in uğurları üçün çalışacaq. Bununla da ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandamızda oyunçuların sayı 9-a çatıb.

Bakı klubu Kondratyevadan öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, amerikalı Braun Kazmiere, ispaniyalı Anna Nyusom, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

Digər Xəbərlər
Xəbər Lenti