Millimizin oyunçusunu aldılar, haqqında görün nə dedilər!

26 İyun 2020 10:10 Voleybol 1 029
Millimizin oyunçusunu aldılar, haqqında görün nə dedilər!

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranovun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı blokçu növbəti mövsümdə Finlandiyada çıxış edəcək.

Baranov “Rovaniemi” klubu ilə anlaşıb. Skandinaviya təmsilçisinin gənc baş məşqçisi Yukku Tuovinena avqustda başlaması nəzərdə tutulan mövsümdə yığmamızın milliləşən üzvünə ümidlər bəslədiyini açıqlayıb:

“Bəli, bizim komanda orta sahədə çox güclü oyunçuya malikdir. O, hücumda da çox yaxşı təsir bağışlayır. Hesab edirəm ki, Baranov bütün liqada ən yaxşı orta oyunçularından biridir”.

Voleybolçumuz isə yeni klubuna uyğunlaşmaqda çətinlik görmədiyini ifadə edib: “Bu, mənim üçün yeni çağırışdır. Finlandiyada səviyyəli liqa var. “Rovaniemi”də isə əla şərait olduğundan yaxşı məşqlər keçmək olur. Buranın iqliminə gəlincə, əlbəttə ki, özümü evimdəki kimi hiss edirəm”.

202 sm boya malik Baranov karyerasına vətəni Rusiyada başlayıb. O, Novosibirskin “Lokomotiv” (2010-12), Kemerovonun “Kuzbass” (2012-17), Azərbaycan çempionu olduğu Bakı “Lokomotiv”ində (2017-18), İspaniyanın “Aldebaran San Sadurinyo” (2018-19) və “Almeriya” (2019-20) klublarının formasını geyinib.

Milliləşən legioner çıxış etdiyi Azərbaycan yığması ilə İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olub.

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!