Finlandiya klubu yığmamızın oyunçusu ilə müqavilə imzaladı

25 İyun 2020 20:40 Voleybol 925
Finlandiya klubu yığmamızın oyunçusu ilə müqavilə imzaladı

Azərbaycan millisinin voleybolçusu Dmitri Baranovun yeni klubu bəlli olub.

Sportinfo.az xəbər verir ki, 26 yaşlı blokçu növbəti mövsümdə Finlandiyada çıxış edəcək.

O, yerli “Rovaniemi” ilə anlaşıb. 202 sm boya malik Baranov karyerasına vətəni Rusiyada başlayıb.

O, Novosibirskin “Lokomotiv” (2010-12), Kemerovonun “Kuzbass” (2012-17), Azərbaycan çempionu olduğu Bakı “Lokomotiv”ində (2017-18), İspaniyanın “Aldebaran San Sadurinyo” (2018-19) və “Almeriya” (2019-20) klublarının formasını geyinib.

Milliləşən legioner çıxış etdiyi Azərbaycan yığması ilə İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!