Bakı klubu 2 oyunçusunun üzünə həsrət qalıb

24 İyun 2020 10:10 Voleybol 695
Bakı klubu 2 oyunçusunun üzünə həsrət qalıb

"Azerreyl"in yeni mövsümə hazırlıq planı müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, qadınlardan ibarət voleybol.klubu avqustun 5-də bir araya gələcək.

Bu, daha çox koronavirus pademiyasından asılıdır. Təlim-məşq toplanışının başlanma tarixi vəziyyətə uyğun olaraq dəyişə bilər.

Gələn mövsüm Çağırış Kubokunda iştirak etmək niyyətində olan Bakı təmsilçisi heyətini gücləndirməkdə davam edir. “Dəmiryolçular” 7-ci transferini rəsmiləşdirib.

Razılaşmaya əsasən, amerikalı Braun Kazmiere 2020/2021 mövsümündə Bakı təmsilçisinin şərəfini qoruyacaq. 193 sm boya malik 24 yaşlı blokçu son ili Ukraynanın “Ximik” klubunda oynayıb.

Koronavirusa görə yarımçıq dayandırılan Superliqada Jujnı təmsilçisi 16 turdan sonra ikinci olsa da, Azərbaycan çempionatındakı kimi klublar mükafatsız qalıb.

Daha öncə ölkəsində “Kentukku Universiteti”nin şərəfini qoruyan Kazmiere Almaniyada da legioner həyatı yaşayıb. O, “Münster”də çıxış edib. Beləliklə, yeni mövsümdə ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandanın oyunçularının sayı 7-yə çatıb.

Voleybolumuzun flaqmanı daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

Hazırda "Azerreyl"in 2voleybolçusu Rusiyada qalıb. Anastasiya Mertsalova və Valeriya Kondratyeva qonşu ölkəni tərk edə bilmir. Komanda heyətinə qatdıqları digər oyunçuları da və sərhədlərin bağlı olması səbəbindən hələ Azərbaycana gətirməyib.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı