Azərbaycan klubunun 7-ci transferi amerikalı oldu - FOTO

23 İyun 2020 15:46 Voleybol 921
Azərbaycan klubunun 7-ci transferi amerikalı oldu - FOTO

Qadın voleybolçulardan ibarət “Azərreyl” yeni mövsüm üçün heyətini gücləndirməkdə davam edir.

Sportinfo.az xəbər verir ki, digər Azərbaycan komandalarının hələ 1 oyunçu ilə anlaşmadığı koronavirus pandemiyası zamanı “dəmiryolçular” 7-ci transferini rəsmiləşdiriblər.

Razılaşmaya əsasən, amerikalı Braun Kazmiere 2020/2021 mövsümündə Bakı təmsilçisinin şərəfini qoruyacaq. 193 sm boya malik 24 yaşlı blokçu son ili Ukraynanın “Ximik” klubunda oynayıb.

Koronavirusa görə yarımçıq dayandırılan Superliqada Jujnı təmsilçisi 16 turdan sonra ikinci olsa da, Azərbaycan çempionatındakı kimi klublar mükafatsız qalıb.

Daha öncə ölkəsində “Kentukku Universiteti”nin şərəfini qoruyan Kazmiere Almaniyada da legioner həyatı yaşayıb. O, “Münster”də çıxış edib.

Beləliklə, yeni mövsümdə ölkəmizi avrokubokda təmsil edəcək yeganə komandanın oyunçularının sayı 7-yə çatıb.

Voleybolumuzun flaqmanı daha öncə sloveniyalı Moytsa Pene, rusiyalı Anastasiya Mertsalova və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova, yığmamızın oyunçuları Yuliya Kərimova və Anastasiya Bessonova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlanılıb.

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"