Azərbaycan millisi bu oyunların heç birində məğlub olmadı

12 Avqust 2023 01:40 Voleybol 1 472
Azərbaycan millisi bu oyunların heç birində məğlub olmadı

Sloveniyada təlim-məşq toplanışında olan qadın voleybolçulardan ibarət Azərbaycan millisi üç yoxlama görüşündə qüvvəsini sınayıb.

Sportinfo.az xəbər verir ki, komanda bu oyunların heç birində məğlub olmayıb.

Əvvəlcə Kamerunla heç-heçə (2:2) edən qadın voleybolçular yerli komanda ilə iki dəfə üz-üzə gəliblər.

Azərbaycan millisi müvafiq olaraq 3:1 və 3:2 hesablı qələbə qazanıb. Yığmamız hazırlıq çərçivəsində son sınağında Macarıstan önünə çıxacaq.

Komanda Avropa çempionatının qrup mərhələsinin oyunları üçün avqustun 15-də Almaniyanın Düsseldorf şəhərinə gedəcək.

Almaniya, Belçika, İtaliya və Estoniyanın birgə ev sahibliyi edəcəyi Avropa çempionatının final mərhələsi sentyabrın 3-də yekunlaşacaq.

24 komanda 4 qrupda mübarizə aparacaq. C qrupunda yarışacaq Azərbaycan millisinin rəqibləri ev sahibi Almaniya ilə yanaşı, Türkiyə, Çexiya, İsveç və Yunanıstan olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada