Azərbaycan klubu rusiyalı legionerlə "nigah təzələdi"

3 İyun 2020 18:20 Voleybol 1 218
Azərbaycan klubu rusiyalı legionerlə "nigah təzələdi"

“Azərreyl” daha bir voleybolçu ilə bağlı qərarını verib.

Sportinfo.az xəbər verir ki, Bakı təmsilçisi rusiyalı Anastasiya Mertsalova ilə müqavilənin müddətini uzadıb.

19 yaşlı blokçu anlaşmaya əsasən növbəti ildə də “dəmiryolçular”ın formasını geyinəcək.

“Azərreyl” yeni mövsüm üçün sloveniyalı Moytsa Pene və millimizin üzvü Kseniya Pavlenko ilə müqaviləni artırıb, slovakiyalı Romana Hudeçova və yığmamızın oyunçusu Yuliya Kərimova ilə 1 illik anlaşma əldə edib. Həmçinin baş məşqçi Famil Ağayevi də postunda saxlayıb.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 07:20 Kimi söydü, kimi vurdu…
24 Oktyabr 03:40 12 oyunun vaxtı - Bu liqada