Bakı klubundan ayrılan almaniyalı legionerdən YENİ XƏBƏR

21 May 2020 16:00 Voleybol 601
Bakı klubundan ayrılan almaniyalı legionerdən YENİ XƏBƏR

“Azəryol”un sabiq voleybolçusu Marin Van Romer karyerasını başa vurub.

Sportinfo.az xəbər verir ki, almaniyalı toppaylayıcı 33 yaşında idmanla vidalaşıb.

O, 2015-16-cı illərdə Azərbaycanda çıxış edib. Həmin vaxt Apits soyadını daşıyan voleybolçu ailə həyatı qurduqdan sonra Van Romer olub. Bakını tərk edəndən sonra yalnız bir klubda oynayan almaniyalı vətənində “Drezden”in şərəfini qoruyub.

100-dən çox matçda Bundestimin də formasını geyinən Marin karyerası ərzində Berlin “Olimpiya”sı və Fransa “Kann”ında da çıxış edib.

Azərbaycanda heç bir titul qazanmayan voleybolçu ikiqat Almaniya, həmçinin Fransa çempionatının və Çelenc kubokunun qalibidir.

Xəbər Lenti