Azərbaycanı avrokubokda təmsil edəcək ilk klub bilindi

9 May 2020 10:10 Voleybol 526
Azərbaycanı avrokubokda təmsil edəcək ilk klub bilindi

Azərbaycanın voleybol üzrə avrokubokların 2020/21 mövsümündəki təmsilçilərindən biri bəlli olub.

Sportinfo.az xəbər verir ki, bu, “Azərreyl”r klubudur.

Koronavirus pandemiyası üzündən dayandırılan və bərpa olunmadan başa çatan Azərbaycan Super Liqasının liderinə ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmək hüququ verilib. Yarış başa çatmasa da, Azərbaycan Voleybol Federasiyası ölkənin ən köklü klubunun yenidən Avropada iştirakını məqsədəuyğun sayıb.

Paytaxt təmsilçisi Çelenc kubokunda mübarizə aparacaq. Azərbaycan və “Azərreyl” bununla da bir illik fasilədən sonra qitə səhnəsinə qayıdacaq.

Ölkəmizi Çelenc kubokunda daha bir klubun təmsil etməsi istisna deyil. Həmin komandanın qadınlardan ibarət “Murov” klubu olacağı gözlənilir.

Azərbaycan Çempionlar Liqasında oynamaq hüququna malik olsa da, qitənin ən yüksək səviyyəli yarışına qatılmayacaq.

Digər Xəbərlər
Xəbər Lenti