"Heyran qaldım": Xarici klubu çempion eden həmyerlimiz

3 May 2020 00:00 Voleybol 1 121
"Heyran qaldım": Xarici klubu çempion eden həmyerlimiz

Sportinfo.az xəbər verir ki, Ziya Rəcəbovun baş məşqçi olduğu “Cakarta” (Pertamina) qadın voleybol klubu İndoneziya çempionu elan edilib. :

“Yerli federasiya son mümkün məqama qədər gözləmə mövqeyini tutdu. Ümid edilirdi ki, azarkeşlər olmasa belə, 3 gün ərzində görüşləri keçirsinlər.

Amma oyunlarda və mükafatlandırmada yenə təmas olacağından, qərara gəlindi ki, müntəzəm çempionatda 1-ci yer tutan klub qalib elan olunsun və öz qitələrinin liqa və kuboklarına qatılmaq hüququ qazansın. Bu, əksər yerdə belə oldu.

Açığı, qızıl medalçı elan olunacağımızı gözləyirdim. Çünki indi dünyanın hər yerində qeyri-müəyyənlikdir. Biz də çempionluğa haqq edirdik. Komandamız rəqiblərdən bir baş üstün çıxış etdi.

Üstəlik, yüksək xallar yığdığımızdan, əmsallar hesablandığından, hər şey aydın idi. Buna nəzərən, hətta sona 2 tur qalmış klub daxili banket keçirdik. Çox sevinirəm ki, məşqçi kimi ölkə xaricində ilk sınaqdan üzüağ çıxdım.

Odina bəlkə də karyerasının ən yaxşı mövsümünü keçirdi. Onun liderliyinə bir daha heyran qaldım. Bunu yaxın, bir dost olduğum üçün demirəm. Natalyanı da hamımız yaxşı tanıyırıq. Ümumən, ayrı-ayrılıqda bütün voleybolçulara təşəkkürümü bildirirəm. Verilən tapşırıqları düzdün yerinə yetirdilər. Heç də hər şey asan deyildi.

Çünki tam fərqli voleybol görmüşdülər, dediklərim onlara yeniydi. Komandanın “Cakarta”nın rəhbərliyinə, menecerlərinə minnətdaram. İndoneziya mənim üçün tam fərqli bir yerə, ikinci evimə çevrildi. Hazırda hər üçümüz Bali şəhərindəyik. Vətənimizdə durumun sabitliyi bizi sevindirir. Azərbaycan hələ çox uğur qazanacaq”.

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı