Azərbaycan millisinin üzvü Superliqa klubunda - FOTO

30 Aprel 2020 13:12 Voleybol 829
Azərbaycan millisinin üzvü Superliqa klubunda - FOTO

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının üzvü Marqarita Əzizoza Belarusun “Minçanka” klubuna keçib.

Sportinfo.az xəbər verir ki, 27 yaşlı oyunçu 2020/2021 mövsümündə bu komandada çıxış edəcək.

Əzizova "Minçanka"ya transferindən məmnunluğunu bildirib. O, yeni komandası barədə çox şeylər eşitdiyini və Superliqanı izlədiyini vurğulayıb: “Bundan əlavə, həmişə Rusiya çempionatında oynamaq istəyirdim”.

Əzizoza yeni komandasında 10 nömrəli formanı geyinəcək.

“Minçanka” Rusiya çempinatında mübarizə aparır. Marqarita Əzizova 2012 – 2017-ci illərdə “Telekom”da oynayıb. O, 2017-ci ildə qızıl, 2016-cı ildə isə gümüş medal qazanıb. Voleybolçu daha öncə Türkiyə və Polşada legioner həyatı yaşayıb.

Marqarita Əzizova 2019/2020 mövsümündə Polşanın "Radomka" klubunda çıxış edib və Bakıya qayıdarkən koronavirus pandemiyası səbəbindən təcrid olunmuş voleybolçunun analizində hansısa yoluxma halı qeydə alınmayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
18 Aprel 17:30 Çək və bizə göndər!
18 Aprel 14:00 Anarxiya və axmaqlıq!